İnsan Hüquqları

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı”elan edilib. Bununla əlaqədar olaraq məktəbimizdə 24.05.2017-ci il tarixində tədbir kecirildi. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini İ.Salmanova açaraq insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında şagirdlərə məlumat verdi. Tədbirdə şagirdlər Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlər barəsində danışdılar. Sonda İnsan Hüquqlarıının qorunmasına dair videoçarx nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi