Mirzə Ələkbər Sabir- 155 CƏMİYYƏTİN AYNASI

30 May 2017-ci ildə Qaradağ rayonu E.Heydərov adına 197 saylı tam orta məktəbdə qüdrətli sənətkar, Azərbaycan ədəbiyyatında inqilabi satiranın banisi Mirzə Ələkbər Sabirin 155-illik yubileyinə həsr olunmuş “Cəmiyyətin aynası” adlı ədəbi - bədii gecə keçirildi. Gecəni giriş sözü ilə açan Azərbaycan dili və ədəbiyyat müəllimi Asif Abbaslı şairin həyat və yaradıcılığı haqqında ətraflı danışdı. Sonra o, sözü şagirdlərə verdi. Şagirdlər M.Ə. Sabirin müxtəlif mövzularda yazdığı şeriləri səsləndirdilər və səhnəciklər nümayiş etdirdilər. Şagirdlərdən Sultanova Nazilənin, Nəhmətova Aygünün, Novruzov Huseynin, Dadaşov Ağaverdinin, Mikayılov Mikayılın, Pircanova Sevincin, Ağayeva Rəqsanənin, Əşrəfov Əşrəfin, Soltanov Elvinin, Mirzəyeva Sürəyyanın, Fərhadova Banunun, Zərbəliyev Məhəmmədin, Hüseynzadə Aminlin, Heydərov Xəyalın, Qədirova Gülşənin, Məmmədova Saranın, Quluzadə Türkanın, Məhərrəmov Məhərrəmin çıxışları daha yaddaqalan və maraqlı oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi