Sağlam Həyat Tərzi

2016/2017 –ci tədris ilində Bakı Şəhəri üzrəTəhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də “Ekologiya və Sağlamlıq”dır. “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar”layihələrindən biri də “Sağlam həyat tərzi “layihəsidir. Bu layihə ilə əlaqədar 17.05.2017 – ci il tarixində məktəbimizdəb tərbiyə işləri üzrə direktor müavini Salmanova İradənin təşkilatçılığı ilə 7a sinifində “Sağlam həyat tərzi “mövzusunda layihə keçirildi.Bu lahiyədə şagirdlər hər kəsin şəxsi həyatında gündəlik tətbiq etməli olduğu bacarıq və vərdişləri əyani şəkildə nümayiş etdirdilər. Buyurun, baxın və siz də bu qaydalara riayət etməyə çalışın.Unutmayın ki , sağlam həyat tərzi insan ömrünü uzadan amillərdəndir. Riayət edin ki, sizində ömrünüz uzansın!.