Ulu öndərimiz H. Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş dəyirmi masa

02.05.2017-ci il tarixində Qaradağ rayonu E.Heydərov adına 197 saylı tam orta məktəbdə dahi siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Qəlblərdə yaşayan insan” adlı dəyirmi masa keçirildi. Dəyirmi masanı məktəbin tərbiyə işləri üzrə direktor müavini Salmanova İradə açdı.Tarix müəllimi Səlimova Mavilə Ulu öndərimiz H.Əliyevin həyat və yaradıcılığı haqqında geniş məlumat verdı.Sonda şagirdlərin misilsiz dövlət xadimi H.Əliyevə həsr olunmuş şer və məruzələrlə çıxış etdilər.