Aademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş dəyirmi masa
28.04.2017-ci il tarixində məktəbimizdə Azərbaycan Respublikasının əməkdar elm xadimi,tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar dəyimi masa keçirildi.Dəyirmi masanı məktəbin tərbiyə işləri üzrə direktor müavini Salmanova İradə açaraq Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri haqqında şagirdlərə məlumat verdi.Dəyirmi masada məktəbin yuxarı sinif şagirdləri akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından danışdılar.