"31 Mart soyqırımını unutmayacağıq"

30 mart 2017-ci il tarixində 197 saylı məktəbin kitabxana müdiri Məmmədova Zülfiyyə 31 Mart soyqırımı ilə bağlı VIII-IX-X siniflərdə olmuş, şagirdlərlə soyqırım ilə bağlı söhbət aparmışdır və 1918-ci il 31 mart-3 aprel tarixində erməni quldurlarının törətdikləri vəhşiliklər haqqında şagirdlərə ətraflı məlumat vermişdir. Kitabxana müdiri Məmmədova Zülfiyyə qeyd etdi ki, o zamanlar kəndlərdən qaça bilməyən xəstə insanların başını oraqla kəsən ermənilər xəstə və qoca insanlara aman verməmiş, onları evlərində diri-diri yandırmışlar.Kitabxanaçı həmçinin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasıtinin tarixi, faciələrin ictimai-siyasi kökləri barədə ətraflı danışmışdır.Mövzu ilə bağlı VIII-IX-X siniflərdə “31 Mart soyqırımını unutmayacağıq”, “Yarımçıq qalmış arzular” adlı esse yazdırıldı. Yazıları ilə fərqlənən , yəni mövzu ilə bağlı öz fikirlərini daha dolğun göstərən şagirdlər müəllimlərimiz tərəfindən “əla” qiymətlə qiymətləndirildilər. Bunlar aşağıdakılardır:VIII sinif şagirdləri arasında:1.Məhərrəmova Xədicə 2.Osmanova Xəyalə 3.Əliyeva Əminə IX sinif şagirdləri arasında: 1.Güləliyeva Nurcahan2.Əzizova Afət3.Səfərəlizadə İradə4.Mikayılov ZamanX sinif şagirdləri arasında:1.Allahverdiyeva Aysun2.Əliyeva Nabat3.Məmmədova İlahə 31 Mart soyqırımı ilə bağlı şagirdlərlə aparılan söhbətlərdə məqsəd erməni lobbisinin törətdikləri vəhşilikləri , xalqımıza qarşı edilən belə qəddarlığı , zülmü şagirdlərə bir daha xatırlatmaqdan və onlarda vətənə, xalqa, öz soykökünə olan sevgini, məhəbbəti artırmaqdan ibarət idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi