31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

31 Mart - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR. Martın 31 –i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür Günl var ki sevincinin böyüklüyü ilə günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz 31 Mart 2- ci günlərdən idi. 1998- ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Erməni daşnaqlarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 99 il ötür. 31 Mart – soyqırım gününün 99 –cu ildönümü ilə əlaqədar 30 .03.2017- ci il tarixində məktəbimizdə təşkilatçı Salmanova İradə ,tarix müəllimi Səlimova Mavilənin rəhbərliyi,şagird və müəllimlərin iştirakı ilə dəyirmi masa keçirildi. İlk öncə31 Mart soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqə sükutla yad edildi. Himn səsləndirildi.Sonra məktəbin təşkilatçısı 31 Mart soyqırımı haqqında məlumat verdi.Tarix müəllimi də oz çıxışında soyqırımı törədənlər haqqında şagirdləri məlumatlandırdı. Sonda söz şagirdlərə verildi.Onlar “Unudulmaz faciə” haqqında məruzələr etdilər