Alternativ enerji

Alternativ enerji təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adıdır. Alternativ energetika daha çox gələcəyə yönələn prespektiv sahədir. O,bu gün o qədər də çox yayılmamış, ancaq ətraf mühiti təmizlikdə saxlamaq və iqtisadi səmərəlilik baxımından əlverişlidirl. Onların əsasında bərpa olunan enerji durur. Bərpa olunan, ya da “yaşıl enerji”- insan varlığı miqyasında tükənməz enerjidir.O, təbiətdə hər an mövcud olan proseslərin insanların ehtiyacları üçün istifadə olunması ilə əldə olunur. Bir neçə bərpa edilən enerji çeşidləri vardır.Onlardan biri də külək enerjisidir:onun vasitəsilə atmosferdəki hava kütlələrinin təbii enerjisi elektrik, mexaniki, istilik və s. təsərrüfatda işlənən enerjilərə çevrilir.Bu da çeşidli mühərriklərlə həyata keçirilir. 15.03. 2017- ci il tarixində məktəbimizdə “Ekoloji aylıqlar “layihəsi ilə əlaqədar 8a sinif şagirdlərinin iştirakı ilə “Alternativ enerji” mövzusu ətrafında fizika dərsində açıq dərs keçirildi. Açıq dərsdə şagirdlər mövzu ətrafında çıxışlar etdilər.Alternativ enerjinin mənbəyi, növləri haqqında məlumat verdilər və videoçarxlar nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi