YURDUMUZA BAHAR GƏLİR

İlaxır çərşənbələrdən dördüncüsü – Torpaq çərşənbəsi. Novruz bayramının gəlişi ilə əlaqədar qeyd edilən 4 çərşənbə ilaxır çərşənbələr adlanır.Yaranışın 4 ünsürdən ibarət olduğunu simvolizə edən Su çərşənbəsi, Od çərşənbəsi , Yel çərşənbəsi və Torpaq çərşənbəsi özünəməxsus ayinləri ilə seçilir. Torpağın oyanışını özündə ehtiva edən torpaq çərşənbəsi bu baxımdan xüsusi təntənə ilə qeyd edilir.14 mart 2017- ci ildə məktəbimizdə Torpaq çərşənbəsi ilə əlaqədar şənlik keçirildi. Şənlikdə Novruzun atributları olan kosa , keçəl və bahar qızı iştirak etdilər.Şagirdlər tonqalın ətrafında rəqs etdilər. Tədbirdə şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş şeirlər,rəqslər və mahnılar nümayiş etdirildi. Səmənilər və bayram şirniyyatları ilə bəzədilmiş xonçalar şənliyə xüsusi gözəllik verirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi