"GÖZÜ YOLDA QALAN XOCALI"

24 fevral 2017 - ci il tarixində məktəbimizdə xalqımızın tarixinə qanlı yazılmış Xocalı soyqrımının 25 - ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. "Gözü yolda qalan Xocalı" adı altında təşkil olunmuş tədbirdə ilk növbədə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Anım tədbirinin təşkilatçısı tərbiyə işləri üzrə direktor müavini İradə Salmanova bu tədbiri keçirrməkdə məqsədi Xocalı soyqrımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq,doğma vətənə sevgi hissi aşılamaq,şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək olduğunu deyərək sözü aparıcıya verdi. Aparıcı ssenariyə uyğun olaraq,Xocalı soyqrımı ilə bağlı çıxış edərək müəllim və şagirdləri tribunaya dəvət etdi.Anım tədbirində faciə ilə əlaqədar səslənən fikirlər,söylənənn şerlər,göstərilən səhnəciklər həmçinin nümayiş etdirilən videoçarxlar iştirakçıları hədsiz təsirləndirdi. Əsas məramı şəhidlərimizin xatirəsini anmaq olan bu tədbirdə səslənən fikirlər mənfur düşmənimiz ermənilərə qarşı nifrət hissini daha da artırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi