9 May - Qələbə günüdür!

        8 May 2024 -cü ildə Qaradağ rayonu 197 nömrəli tam orta məktəbdə 9 - May Qələbə Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini İradə Salmanova, uşaq birliyi təşkilatı rəhbəri Vüsalə Heydərova,tarix müəllimi Mavilə Səlimova, müəllimlər və şagirdlər iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Sonra Ümummilli Lider Heydər Əliyevin, İkinci Dünya müharibəsində həlak olan azərbaycanlıların və ərazi bütövlüyümüz uğrunda canlarından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edild.Tarix müəllimi Mavilə Səlimova İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdiyi qəhrəmanlıq və şücaətindən danışdı. İradə Salmanova çıxış edərək bildirdi ki, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
        Tədbirin sonunda İkinci Dünya müharibəsində böyük igidlik göstərən Azərbaycan xalqının tarixinə qızıl hərflərlə adı yazılan Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Müseyib Bağırov və digər qəhrəmanlara həsr olunmuş videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi