"Xocalıya ədalət"

22 fevral 2017-ci ildə E.Heydərov adına 197 saylı tam orta məktəbin kitabxanasında Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş "Xocalıya ədalət" adlı Dəyirmi masa kecirildi. Tədbirdə məktəbin direktoru E.Namazova, təşkilatçı İ.Salmanova, tarix müəllimi M.Səlimova, ədəbiyyat müəllimi E.Məmmədrəhimova,UBR V.Heydərova,kitabxana müdiri Z.Məmmədova və V-Xİ siniflərdən olan şagird heyəti iştirak etdilər. İlk öncə tədbiri məktəbin kitabxana müdiri açıq elan etdi.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Xocalı qurbanlarının ruhlarına hörmət əlaməti olaraq onların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru E.Namazova Xocalı soyqırımı haqqında çıxış edərək erməni vandalizminin törətdiyi belə qəddar terror aktının insanlığa sığmayan bir hal olduğunu və bu xislətin yalnız ermənilərə xas olduğunu bildirdi. Kitabxana müdiri Xocalı qətliamı haqqında çıxış edərək bildirdi ki, ermənilər tərəfindən xalqımıza qarşı olan bu kin-küdurət tarix boyu davam edib və çox əfsuslar olsun ki, indi də davam edir. Həmçinin qeyd etdi ki, necə ki, Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi erməni işğalçılarının əlindən alındı və orada aparılan bərpa işləri qurtardıqdan sonra illərlə öz torpaqlarına həsrət qalmış xalq yurd-yuvalarına sevinərək qayıdacaqlar, inşallah ki, tezliklə Xocalı da, ümumiyyətlə Qarabağ torpaqları bütöv bir şəkildə erməni işğalçılarının əlindən alınacaq.Kitabxana müdiri çıxışını Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının sözləri ilə bitirdi:- "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!". Daha sonra tədbirdə məktəbin tarix müəllimi M.Səlimova, ədəbiyyat müəllimi E.Məmmədrəhimova, təşkilatçı İ.Salmanova Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər. Həmçinin tədbirdə iştiirak edən şagirdlər Xocalı soyqırımı ilə əlaqədar şeir və məruzələrlə çıxış etdilər. Sonda tədbiri məktəbin kitabxana müdiri Məmmədova Zülfiyyə bağlı elan edərək Xocalı faciəsi ilə əlaqədar olaraq Azərbaycan xalqına Allahdan səbr dilədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi