21 fevral Beynəlxalq Ana dili Günü

21 fevral 2017-ci il tarixində E.Heydərov adına 197 saylı tam orta məktəbdə Beynəlxalq Ana dili Günü ilə əlaqədar tədbir təşkil olundu.Tədbirin əvvəllində Ana dili Gününün mahiyyəti,yaranma tarixi ilə bağlı tədbir iştirakçılarına məlumat verildi.Tədbirdə ibtidai sinif şagirdləri arasında "Doğma dilim" adlı şeir müsabiqəsi keçirildi.Müsabiqədə Ana dili və vətənpərvərlik mövzusunda müxtəlif şairlərin şeirləri oxundu, mahnılar səsləndirildi və səhnəciklər təqdim olundu.Sonda münsiflər heyəti tərəfindən fərqlənən şagirdlər diplomlarla təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi