Bullinq nədir?

Son zamanlar məktəblilər arasında müşahidə olunan geniş problemlərdən biri şagirdlərin öz yoldaşları tərəfindən aqressiv davranışlara məruz qalmasıdır. Bu kimi halların qarşısının alınması məqsədilə məktəbimizdə müxtəlif profilaktik, maarifləndirici tədbirlər görülür. Bu gün 6, 7, 8, 9 - cu sinif şagirdləri ilə ayrı-ayrılıqda "Bullinq nədir?" "Bullinqə yox deyək" mövzusunda maarifləndirici söhbətlər aparıldı. Tədbirdə məktəbin uşaq birliyi rəhbəri Vüsalə Heydərova və təşkilatçı İradə Salmanova da çıxış etdilər. Məktəbin psixoloqu Zahidə Ağayeva Bullinq nədir? Bullinqlə üzləşərkən nə etmək lazımdır? Sualları ətrafında geniş izah verdi. Bundan əlavə şagird-müəllim münasibətləri mövzusunda məlumat verdi. Eyni zamanda sağlam dostluq münasibətlərinin qurulması haqqında danışdı. Mövzulara müvafiq olaraq videoçarxlar nümayiş etdirdi.
Sonda şagirdlər tərəfindən ünvanlanan suallar cavablandırıldı