TARİX UNUTMUR, TARİX UNUDULMUR.

        26 fevral 2024 -cü ildə197 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

      Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Xocalı soyqırımına həsr edilən videoçarx nümayiş olunub.

Məktəbin təşkilatçısı İradə Salmanova çıxışı zamanı 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsindən bəhs etmişdir.

       Tədbirdə Xocalı soyqırımı ilə əlaqədar ədəbi-bədii kompazisiyalar, şeirlər ifa olunmuşdur.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi