Ana dilim - şirin dilim

         21 fevral Beynəlxalq  Ana Dili Günüdür. Analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir. Bu, o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.  Fevral ayının 21- də məktəbimizdə Beynəlxalq Ana Dili Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir. Tədbirdə  şagirdlər hazırladıqları referatları oxuyub, ana dili haqqında düşüncələrini bir-biri ilə bölüşdülər. Onlar öz çıxışlarında vurğulayıblar ki,-ömrümüzə məna verən, onu gözəllədirən əxlaq dərsliyimiz olan ana dilimiz ürəklərimizə hərarət gətirən, bizi öz keçmişimizə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi