Valideyn iclası

             Fevral ayının16 – da məktəbimizin 1a və 2a sinflərində valideyn iclası keçirilib. İclasda məktəb rəhbərliyi, sinif müəllimləri və valideynlər iştirak ediblər.

       İclasın keçirilməsinin əsas məqsədi valideynlərlə bu mövzuda məqsədyönlü söhbət aparmaq, informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə qaydalarını şagirdlərə aşılamaq, uşaqları internetdən istifadə etməyə psixoloji hazırlamaq, savadlı və daha hazırlıqlı gənclər yetişdirməyin yollarını axtarmaqdır.

       İclasda internetdən təhlükəsiz istifadə olunmasında valideynlərin üzərinə düşən məsuliyyətdən bəhs edən videoçarx nümayiş olunub.

       Şagirdlərdə müstəqil şəkildə informasiya toplamaq, analiz etmək və ötürmək qabiliyyətinin formalaşdırılmasının şagirdlərin informasiya cəmiyyətinin fəal üzvünə çevrilməsi baxımından mühüm rol oynadığını bildiriblər. Bununla yanaşı, uşaqların internet təhlükəsizliyinin təmin olunmasında valideynlərin məsuliyyət daşıdığını diqqətə çatdırılıb, bu istiqamətdə təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən bəhs edilib.

Uşaqların internet təhlükəsizliyinin təmin olunması üçün valideynlər qədər uşaqlar özləri də məsuliyyət daşıyır. Sürətli və sərhədsiz əlçatanlıq sayəsində həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran internet, uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir.

       Övladlarınızın yaşadıqları ilə yaşamağa çalışın. Birlikdə bir şeylər izləsəniz, uşaqlarınızın seçimlərində daha diqqətli olmasına nail ola bilərsiniz.

       Proqramın və ya saytın təhlükəsizliyinə 100% əmin deyilsinizsə, bütün "tələləri” aydınlaşdırın.

      Uşaqla danışın, bütün "narahat" məqamları izah edin. Uşaqlar böyüdükdə, sosial şəbəkələrdə onlara qoşulun.

      Real həyatda nə isə öyrənməyə kömək edə biləcək nümunələri axtarın.

      Sosial şəbəkələrdə uşağınıza maraqlı ola bilən mövzular axtarın.

     Uşaqların internet təhlükəsizliyinin təmin olunması üçün valideynlər qədər uşaqlar özləri də məsuliyyət daşıyır. Sürətli və sərhədsiz əlçatanlıq sayəsində həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran internet, uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir.

 

     

     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi