Təhlükəsiz informasiya axtarışı

 

       Məktəbin psixoloqu Zahidə Ağayeva məktəbimizin müxtəlif sinif şagirdləri ilə Təhlükəsiz informasiya axtarışı mövzusunda maarifləndirici söhbətlər apardı. Şagirdlərlə informasiya mənbələri müzakirə edildi və birlikdə həmin mənbələr təhlil olundu. Bu seminarın məqsədi şagirdlərin müxtəlif mövzularda doğru informasiyanı əldə etməsini təmin etməkdir. İnternetdə təhlükəsiz informasiya əldə etmək, təhlükəli və təhlükəsiz informasiya mənbələri haqqında şagirdlər məlumatlandırıldı. Şagirdlərin informasiyanı ötürmə və qəbuletmə bacarıqlarını inkişaf etdirmək üçün "Kor və Bələdçi" üsulundan istifadə edilmişdir. Bu üsul şagirdlərdə böyük maraq yaratdı. Hər hansı suala cavab axtararkən bu təcrübəni yada salmağı və dəqiq informasiya mənbəyinə müraciət etməkləri şagirdlərə tövsiyə olundu. Seminarın sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi