Pedaqoji şuranın növbəti iclası keçirildi

 

          31 yanvar 2024-cü ildə Elman Heydərov adına 197 nömrəli tam orta məktəbdə pedaqoji şuranın növbəti  iclası keçirildi. Pedaqoj şurada I yarımilin nəticələri ilə yanaşı  valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili, psixoloqun hesabatının dinlənilməsi, müəllimlərin etik davranış qaydalarına riayət olunması vəziyyətinin gündəlik məsələlərə salınaraq aşağıdakılar müzakirə edildi.

     1.Təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb psixoloqunun onlarla apardığı işin gücləndirilməsi;

     2. Ümumi təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin (kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmaması), növbətçiliyin gücləndirilməsi;

     3. Şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi;

     4.  Müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi

     5. Ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması;

     6. Sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması;

     7. Ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə, təlimata uyğun addımların atılması və dərhal aidiyyəti qurumlara məlumatın verilməsi;

     8. Görülmüş işlər və nailiyyətlərin mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılması və

sosial şəbəkələrdə işıqlandırılması;

     9. Müvafiq dövlət qurumları ilə birlikdə təhlükə doğuracaq halların qarşısının əvvəlcədən alınması ilə bağlı şagird və valideynlərin maarifləndirilməsi işinin təşkili;

    10. Fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi;

    11. Etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması.

        İclasın sonunda pedaqoji  heyyətin  fikir və təklifləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi