Azərbaycan tarixi və etnoqrafiyası

Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik,antropoloji və yazılı qaynaqlar əsasında yazılır.Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi – mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət - ənənələr, maddi – mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasibətləri və s. öyrənilir. Azərbaycan etnoqrafiyası mürəkkəb və şərəfli bir tarixi inkişaf yolu keçmişdir.Digər elm sahələri kimi , bu elmin də problemləri, xüsusilə xalqın zəngin milli – mənəvi dəyərlərinin qorunması daim ölkə rəhbərliyinin diqqqət mərkəzindədir. Gənc nəslin yüksək vətənpərvərlik, adət - ənənələrə bağlılıq və tarixi mədəni irsə ehtiram ruhunda tərbiyə olunmasında mədəniyyətimizin layiqincə təbliğ edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri yaxınlığında açıq səma altında Azərbaycan etnoqrafiya muzeyinin yaranması barədə xüsusi sərəncam vermişdir. 2016/2017- ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsili Dəyərə Çevirək” devizi altında həyata keçirdiyi “Ekoloji aylıqlar “çərçivəsində Qaradağ rayonu E. Heydərov adına 197 saylı tam orta məktəbdə şagirdlərin iştirakı ilə 2017 – ci ilin fevral ayında “Azərbaycan tarixi və etnoqrafiyası” mövzusunda dəyirmi masa keçirildi.Mövzu ilə əlaqədar şagirdlərin hazırladıqları videoçarxlar nümayiş etdirildi.”Mədəniyyət və incəsənət, Azərbaycan tarixi və etnoqrafiyası”mövzusu ətrafında şagirdlərin məruzələri dinlənildi.