Plastik kütlə və onun insan həyatında rolu”

19 dekabr 2023- cü ildə məktəbin texnologiya müəllimi Zülfiyyə Səfərova IXa sinfində “Plastik kütlə və onun insan həyatında rolu” mövzusunda açıq dərs keçirdi. Dərsdə məktəbin direktoru, direktor müavini, psixoloq, texnologiya müəllimi və digər fənn müəllimləri iştirak etdilər. Dərs zamanı müxtəlif plastik kütlələrdən hazırlanmış məmulatların təsviri ilə slaydlar nümayiş olundu. Plastik kütlənin insan həyatında rolu, əhəmiyyəti, tətbiqi sahələri vurğulandı. Sonra şagirdlərin müxtəlif plastik materiallardan hazırladıqları əşyalar göstərildi. Yaradıcı tətbiq etmə mərhələsində şagirdlər plastik butulkalardan müxtəlif əşyalar hazırladılar.