“Narkotik Bəşəriyyətin Bəlasıdır”

Dekabr ayının15- də Qaradağ Rayon Polis İdarəsinin İTŞ YYÇ- nin Profilaktik İşin Təşkili Bölməsinin rəisi, polis baş leytenantı Amanov Cavid Əziz oğlu, həmin bölmənin inspektoru polis kapitanı Emin Abbasov 197 nömrəli tam orta məktəbdə IX-XI siniflərdə təhsil alan şagirdlər ilə görüşüb onlara “Narkotik Bəşəriyyətin Bəlasıdır” mövzusunda mühazirə oxuyub, diskussiyalar apardılar. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırıldı.