"20 YANVAR- Kədər və Qürur tariximizdir"

1990 - cı il yanvarın 19 - dan 20 - nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli,kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən,bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları arasında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail olamadı, milli qürurumuzu qıra bilmədi. Məktəbimizdə "20 yanvar" faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq "Kədər və qürur tariximizdir" mövzusunda ibtidai və yuxarı siniflərdə inşa, rəsm müsabiqəsi keçirildi. "20 YANVAR" - Ümumxalq Hüzn Günü ilə əlaqədar Qaradağ rayonu Elman Heydərov adına 197 saylı tam orta məktəbdə anım mərasimi keçirildi. "20 YANVAR-kədər və qürur tariximizdir" adlı tədbirdə şəhidlərimizin əziz xatirəsi dərin etiramla yad edildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Sonra məktəbin şagirdləri şəhidlər haqqında şeir və bayatılar söylədilər Daha sonra.tədbirdə mövzu ilə əlaqədar videoçarxlar nümayiş etdirildi. Şagirdlərin iştirakı ilə kompozisiyalar göstərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi