"Ekologiya və İqtisadiyyat"

2016/2017 –ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “ Təhsili Dəyərə Cevirək” devizi altında həyata keçirdiyi “Ekoloji aylıqlar” çərçivəsində 2017- ci ilin yanvar ayında Qaradağ rayonu Elman Heydərov adına 197 saylı tam orta məktəbdə “ Ekologiya və iqtisadiyyat” aylığı keçirilmişdir. Aylıqla əlaqədar 16 yanvar 2017 –ci ildə seminar təşkil olunmuşdur. Məktəbin Tərbiyə işləri üzrə direktor müavini İradə Salmanovanın təşkilatçılığı və coğrafiya müəllimi Hürü Əhmədovanın rəhbərliyi ilə 10a sinif şagirdlərinin birgə hazırladəğı “Ekologiya və İqtisadiyyat” mövzusu ətraflı müzakirə edilmişdir. .Seminarda iqtisadiyyatın sürətli inkişafının yaratığı ekoloji problemlərlə, Xəzər dənizi və sahil ərazilərin neftlə çirklənməsi ilə, Abşeron yarmadasındakı daş karxanalarından atılan tulantılarla, habelə neft çıxarılan ərazilərdə yaranan neft gölməçələri ilə əlaqədar məruzələr dinlənildi. Şagirdlər tərəfindən hazırlanmış divar qəzətləri, videoçarxlar təqdim edildi. Ekologiya ilə bağlı coğrafiya müəllimi Hürü Əhmədovanın ətraflı məruzəsi və 10a sinif şagirdi Rahidə Babaşovanın hazırladığı məruzə və videoçarx seminar iştirakçıları tərəfindən maraqla qarşılandı.Bu seminar şagirdlərin ekoloji maariflənməsinə müsbət təsir etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi