Ədəbiyyat aylığı ilə əlaqədar "Təqlidi-sənət" Dəyirmi masa

13 yanvar 2017-ci il tarixində E.Heydərov adına 197 saylı tam orta məktəbin kitabxanasında ədəbiyyat aylığı ilə əlaqədar "Təqlidi-sənət" adlı Dəyirmi masa keçirildi. Tədbiri keçirməkdə məqsəd şagirdlərdə şeirə, poeziyaya, olan həvəsi, ümumiyyətlə ədəbiyyata olan marağı artırmaqdan ibarət idi. Tədbirdə məktəbin kitabxana müdiri Məmmədova Z., dil-ədəbiyyat müəllimi Abbaslı A.,Məmmədrəhimova E., Bağırova S. ,təşkilatçı Salmanova İ.,UBR Heydərova V. və məktəbin V-VIII sinif şagirdləri iştirak etdilər. İlk öncə tədbiri məktəbin kitabxana müdiri Məmmədova Zülfiyyə açıq elan etdi, Azərbaycan ədəbiyyatının tarixi haqqında geniş məlumat verdi. Sonra məktəbin ədəbiyyat müəllimi Abbaslı A. çıxış edərək bildirdi ki, ədəbiyyatla bir gün, bir ay deyil, bir ömür məşğul olmaq lazımdır. Eyni zamanda qeyd etdi ki, şagirdlərdə mütaliəni artırmaq məqsədilə məktəbimizdə belə tədbirlərin tez-tez keçirilməsi lazımlıdır. Tədbirdə müxtəlif dövrlərdə yazıb-yaratmış ədiblərimiz haqqında slayd nümayiş etdirildi. Daha sonra dünya şöhrətli müğənni M.Maqomayevin ifasında dahi şairimiz Nizami Gəncəvinin "Sənsiz" əsərinin sözlərinə bəstələnmiş romans dinlənildi. Sonda şagirdlərimizin ifasında Azərbaycan ədəbiyyatı şairlərinin şeirləri səsləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi