31 Dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür"!

31 dekabr - bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan,ən şərəfli günlərdən biri" Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür"! 1991 ci ilin 16 dekabırında Naxçıvan Muxtar Respublikası Ali məclisinin sədri H.Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı.Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik şüarının simvolu günüdür. Bu bayram dünyanın 70 dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 30 dekabr tarixində məktəbimizdə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni ilin gəlişi münasibəti ilə şənlik keçirildi.Şənlikdə həmrəyliyə və yeni ilə həsr olunmuş şerlər səsləndirildi,mahnılar oxundu.Şənlikdə yeni ilin simvolu olan şaxta baba və qar qız da iştirak etdi.Onlar şənliyimizi daha da maraqlı etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi