"Narkomaniyaya Yox!"

Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durrmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da,atılan addım hər zaman müsbət nəticə vermir.Bu məqsədlə 15.12.2016 - cı il tarixində məktəbimizdə "Narkomaniyaya yox!" mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirdə VII - VIII - IX və X cu sinif şagirdlərinin ifalarında səhnəciklər və mahnılar ifa olundu.Sonra isə şagirdlərə maarifləndirici təsir məqsədi ilə videoçarxlar nümayiş etdirildi.Tədbirdə 302 saylı tam orta məktəbin dərs hissə müdiri Əliyev Anar müəllim də çıxış etdi. O,çıxışında şagirdləri sağlam həyat sürməyə çağırdı.Sonda məktəbin direktoru Namazova Elmira xanım da çıxış edərək narkotik maddələrdən imtina etmək üçün insanların güclü iradəyə malik olmalarını qeyd etdi.Ümid edirik ki,tədbirimiz şagirdləri lazımi dərəcədə məlumatlandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi