17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirildi

Zəngin tarixə malik xalqımız artıq neçə ildir ki, “Milli Dirçəliş Günü”nü bayram kimi qeyd edir.Düz 28 il bundan əvvəl noyabrın 17-də təxminən iki yüz il davam edən imperiya sistemindən cana doymuş Azərbaycan xalqı ayağa qalxaraq azad yaşamaq haqqının olduğunu birmənalı şəkildə ucadan səsləndirdi.Beləliklə, tarixə “Meydan hadisələri” kimi yazılan həmin gün xalqın özünü dərk prosesinin zirvəsi, milli oyanışının təntənəsi oldu.Bu bizim ən böyük bayramımız olduğu üçün bu gün 15.11.2016-cı il tarixində milli dirçəliş hissimizdən, milli oyanışımızdan irəli gələrək məktəbimizdə bayram tədbiri keçirtdik.