9 Noyabr "Əbədi dalğalan, üçrəngli bayrağımız! " adlı tədbir keçirildi

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayrağımız bizim azadlıq məfkürəsinə, milli-mənəvi dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.Biz də bayrağımıza,dövlətimizə sadiq bir vətəndaş kimi 9 Noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü ilə əlaqədar olaraq, məktəbimizdə "Əbədi dalğalan, üçrəngli bayrağımız" adlı tədbir keçirildi.Tədbirdə ibtidai sinif və yuxarı sinif şagirdləri bayrağımıza həsr edilmiş şer və mahnılar səsləndirdilər.