18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci İldönümü Gününə həsr olunmuş dəyirmi masa və tədbir keçirildi

Bu gün 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümüdür.Bu Günlə əlaqədar olaraq, məktəbimizdə kitabxana müdiri Məmmədova Zülfiyyənin təşkilatçılığı ilə dəyirmi masa və daha sonra təlim tərbiyə işləri üzrə direktor müavini, təşkilatçı Salmanova İradə tədbir keçirdi.Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Tədbirin təşkilatçısı Salmanova İradə tədbiri açıq elan etdi.Müstəqilliyin yaranması haqqında tədbir iştirakçılarına qısa məruza etdikdən sonra, söz məktəbin direktoru Namazova Elmira xanıma verildi.Elmira xanım dövlətimizin müstəqilliyinin necə bərpa olunması haqqında şagirdlərimizə qısaca məlumat verdi.Sonda İsə hər kəsi bu gün münasibəti ilə təbrik edərək, onlara sülh şəraitində firavan yaşamağı dilədi.Tədbirdə videoçarxlar nümayiş etdirildi.Azərbaycan doğma yurdum şüarı altınada şeirlər və mahnılar ifa edildi.