5 Oktyabr "Müəllimlər günü"

5 oktyabr "Müəllimlər günü" münasibəti ilə məktəbimizdə "Uşaqlaşan ömürlər" adlı ədəbi-bədii gecə keçirildi.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin təşkilatçısı İradə Salmanova həmkarlarını təbrik edərək,sözü şagirdlərə verdi.Şagirdlərin ifasında şeirlər,mahnılar səsləndirildi və səhnəciklər nümayiş etdirildi.Tədbir maraqlı anlarla müəllimlərin yaddaşına yazıldı.