15 Sentyabr Bilik günü

15.09.2016-cı il tarixində, məktəbimizdə 15 sentyabr "Bilik günü" nə həsr olunmuş tədbir keçirildi.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Daha sonra tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Salmanova İradə açıq elan etdi.İlk söz məktəbin direktoru Namazova Elmira xanıma verildi.Elmira xanım balaca I-ciləri bilik günü münasibətilə səmimi qəlbdən təbrik etdi.Onlara, yeni başlanan tədris ilində, dərslərində zehin açıqlığı və uğurlar arzuladı.Tədbirdə iştirak edən qonaqlarımız qəsəbə üzrə bələdiyyə sədri Əbdülbağıyev Rövşən və Qaradağ rayonu Korgöz qəsəbəsi üzrə İcra Hakimiyyətinin sədri Məmmədov Zaur məktəbimizin müəllim heyyətini,şagirdlərini və balaca I-ciləri təbrik edərək, öz arzularını bildirdilər.Bilik gününün başlıca səbəbkarı, diqqət mərkəzində olan I-cilərdə tədbirdə məharətlərini göstərərək şerləri,mahnıları və rəqsləri ilə fəal iştirak etdilər.Sonda "ilk zəng" znqrovu çalınaraq,siniflərdə dərslərin başlanmasına start verildi.