Qanlı Yanvar Faciəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “20 Yanvar faciəsinin otuz birinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə əmrinə əsasən keçirilən onlayn dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermis Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin ibtidai və yuxarı sinif müəllimləri şagirdlərə yanvarın 19 - dan 20 - nə keçən gecə vətənin azadlığı uğrunda canlarından keçən yüzlərlə Vətən oğullarının qəhrəmanlığından danışdılar.
Məktəbin tarix müəllimi Mavilə Səlimova 20 yanvar - Şərəf tarixim. 20 yanvar hadisəsi özlüyündə bir faciə olsa da Azərbaycan xalqının şərəf tarixidir. söylədi. O, məhz burdan keçdi azadlığımıza aparan yol. Bu hadisə Azərbaycan xalqının mübarizə tarixində yeni bir səhifə açdı. Elə bir səhifə ki biz 31 il sonra bu səhifəyə Qarabağımızın da azadlığını yaza bildik. Şəhidlərimizin qanı, canı bahasına əldə etdiyimiz azadlığımızı qorumaq hər birimizin borcudur. Bu vətən, bu müstəqillik bizə şəhidlərimizin əmanətidir dedi.