Pedaqoji şuranın iclası

   13 yanvar 2021 .ci ildə məktəbmizin direktoru Elmira Namazovanın rəhbərliyi ilə Pedaqoji Şuranın iclası keçirildi.

İclasda müdir müavinləri Nahid Fərəcov, İradə Salmanova, Azad Həmkarlar İttifaqının sədri Tailə Məmmədova və pedaqoji heyyət iştirak etdilər.

   Elmira Namazova pedaqoji heyyəti salamladıqdan sonra

müəllimlərə istedad və bacarığı ilə seçilən şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şəraitin yaradılması beynəlxalq fənn olimpiadalarında

İştirak edəcək şagirdlərin müəyyən edilməsini tapşırdı.

   Sonra o müəllimlərə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasını söylədi və onlara dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar inşa,, rəsm, şeir müsabiqələrini hazırlayıb həyata keçirmələrini tapşırdı

   Təlim- tərbiyə işləri üzrə direktor müavini Nahid Fərəcov pedaqoji heyyəti salamladıqdan sonra jurnallarının ,məktəb sənədlərinin düzgün işlənmə qaydası və digər qarşıda durulan işlərin icrası ilə əlaqədar söhbətlər apardı.

    Sonda o, fənn olimpiadalarında iştirak edəcək şagirdlərin və nəzarətçi müəllimlərin adlarını qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi