Vətənin Qəhrəman oğulları

Vətənin Qəhrəman oğulları

Yuxarıda adları yazılan keçmiş şagirdlərimiz--məzunlarımız məktəb illərində dərs vaxtı az danışırdılar. Sən demə, hər şeyin zamana ehtiyacı olduğu kimi, onlar da öz sözlərini demək üçün məqam gözləyirmişlər. 27 sentyabr 2020-ci ildə bu məqam yetişdi və onlar Vətənin çağırışına səs verdilər. Müqəddəs Vətən müharibəsində İştirak edərək öz sözlərini dedilər. Ağabəy şəhidlik zirvəsinə ucaldı, leytenant Əli qazi oldu, Qasım, Mustafa, Asiman, Mehran, Azər, Bəşir, Şəmistan, Bəyalı, Qismət, Gündüz, Nicat Kənan və digər məzunlarımız isə bu gün də cəbhə bölgəsində xidmətlərini şərəflə davam etdirirlər.

İllərlə şagirdlərimizə aşıladığımız Vətən sevgisi bəhrəsini verdi. Biz müəllimlər üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bakı şəhəri Qaradağ rayonu E. Heydərov adına 197 saylı tam orta məktəbin qəhrəman məzunları ilə qürur duyuruq!

#Qarabağ Azərbaycandır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi