VII-IX sinif şagirdləri ilə onlayn iclas

       Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “  Vətənin qəhrəman oğullar” mövzusunda onlayn videotəqdimat müsabiqəsinə start verilib.

29 dekabr 2020 - ci ildə məktəbimizin Uşaq Birliyinin Rəhbəri Vüsalə Heydərovanın təşkilatçılığı ilə onlayn iclas keçirildi. İclasda məktəbin VII-IX sinif şagirdləri iştirak etdilər.

   Vüsalə xanım şagirdlərə Şanlı Ordumuzun şücaətindən, torpaqlarımızın azad olmasından danışdı. Sonra o hər bir şagirdə “Vətənin qəhrəman oğulları”  adlı videotəqdimatlrın hazırlamalarını tapşırdı.

   Vətənin qəhrəman oğulları adlı onlayn müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi