Məktəbin müəllimləri ilə onlayn görüş

28 noyabr 2020 –ci ildə 197 nömrəli tam orta məktəbin müəllimləri ilə onlayn iclas keçirildi.
İclası məktəbin direktoru Elmira Namazova açaraq pedaqoji kollektivi salamladı. Sonra o Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bağlı həyata keçiriləcək maarifləndirici tədbirlərdən söhbət açdı. Elmira müəllim hər bir şəhid haqqında videoçarxların, sərgilərin, rəsimlərin təqdim olunmasını qeyd etdi.
İclasda müdir müavinləri Nahid Fərəcov, İradə Salmanova, Azad Həmkarlar İttifaqının sədri Tailə Məmmədova və pedaqoji heyyət iştirak etmişdilər.
İştirakçıları salamlayan müdir müavini Fərəcov Nahid ərazilərimizin işğaldan azad edilməsində xalqımızın və dövlətimizin əldə etdiyi nailiyyətlər, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə məlumat verdi. Nahid müəllim öz çıxışında qazilərimizə can sağlığı .yaralı əsgərlərimizə şəfa dilədi və ilk dərs saatlarının Qələbəyə həsr edilməsini qeyd etdi.
İradə Salmanova Təhsil Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına və BŞTİ-nin müvafiq əmrinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin tarixi və coğrafiyası, adət-ənənələri, tanınmış şəxsiyyətləri barədə məlumatların dərslərə inteqrasiyası, vətənpərvərlik mövzusunda təqdimatların, videoçarxların hazırlanmasını söylədi.