Şəhid Məzunumuz Ağabəy

  Şəhid  məzunumuz Məmmədquliyev Ağabəy  Zaur oğlunun anım mərasimi

    Bildiyimiz kimi,bir neçə gün bundan öncə ermənilərin cəbhədə atəşkəsi pozması nəticəsində müharibə yenidən alovlanmış və Azərbaycan ordusunun əsgərləri bütün cəbhə boyu əks hücuma keçmişlər. Mənfur düşmənə qarşı  mübarizədə şəhid olan hərbçilərimiz arasında məktəbimizin məzunu Məmmədquliyev Ağabəy Zaur oğlu da var. Şəhid məzunumuz Ağabəyin simasında canını Vətənə fəda etmiş soydaşlarımızın əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir.

Əzəli və əbədi düşmənimiz olan ermənilər zaman- zaman yeni ərazilər qəsb etmək niyyəti ilə yurdumuza təcavüz etmişlər. Lakin son 30 ildəki erməni azğınlığı həddini aşmışdır. Belə ki Dağlıq Qarabağ və onun ətrafındakı  7 rayonumuz daxil olmaqla torpaqlarımızın 20 %-i ermənilər tərəfindən işğal edilmiş, bir milyondan artıq soydaşımız ata-baba ocağından didərgin düşmüşdür.

  Azərbaycan Respublikasının ərazilərinin murdar düşmənin tapdağından azad edilməsi uğrunda mübarizədə minlərlə soydaşımız sağlamlığını itirmiş, əsgərlərimiz şəhid olmuşdur.

  Vətənimizin ərazi bütövlüyünün bərpası və qorunması yolunda canından keçərək şəhidlik zirvəsinə ucalan soydaşlarımız arasında Korgöz qəsəbəsinin sakinləri, o cümlədən məktəbimizin məzunları çoxdur. Öz qanı ilə adını bu siyahıya yazanlardan biri də dəyərli məzunumuz Ağabəydir.

    27 sentyabr 2020- ci ildə ermənilərin cəhbə xəttindəki növbəti təxribatının qarşısını almaqdan ötrü Azərbaycan ordusunun bölmələri əks- hücuma keçmişdir. Əks- hücum əməliyyatlarında Ağabəyin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri cəsarətlə vuruşmuş, düşmənə sarsıdıcı zərbə endirmişlər. Məhz həmin döyüşdə Ağabəy qəhrəmancasına həlak olmuş və şəhidlik zirvəsinə ucalmışdır.

  Qanı ilə tarix yazan və adını tarixə yazdıran dəyərli məzunumuz Ağabəyin nurlu çöhrəsi təkcə doğmalarının və yaxınlarının deyil, ona dərs demiş müəllimlərin, həmçinin sinif yoldaşlarının xatirəsində əbədi yaşayacaqdır.

    Bizdə Ağabəyin simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Ruhunuz şad olsun, əbədiyaşar şəhidlərimiz!

  Ölməzliyin mübarək, sevimli məzunumuz Ağabəy!

    Rahat uyu! Azərbaycan ordusu düşməndən sənin qisasını aldı!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi