AZƏRBAYCAN ORDUSUNUN ZƏFƏR YÜRÜŞÜ

 

       Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya göstərdi.Dünya gördü ki, məğlubiyyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etdi.

       Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

Gənc nəslin tariximiz haqqında biliklərini möhkəmləndirmək. Ölkəmizdə baş verən ictimai siyasi prosesləri daha da dərindən öyrənmək və şagirdlərimizdə vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə rəsm müsabiqəsi keçirildi.

      Şagirdlərimiz vətənə olan sevgilərini rəsmlərində aydın şəkildə nümayiş etdirmişdilər.

      Azərbaycan xalqının güvənc yeri olan AZƏRBAYCAN ORDUSUNA eşq olsun.

     Yaşasın müstəqil və bütöv AZƏRBAYCAN!!!

     #QARABAĞ AZƏRBAYCANDIR!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi