28 May

     

       1918-ci ilin bu günündə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı.

       Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

   1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

     Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

      Bu gün xalqımız Azərbaycan Cümhuriyyətinin yaranmasının 102  yaşını qeyd edir.

      Məktəbimizin direktoru Namazova Elmira, Uşaq Birliyinin Rəhbəri Heydərova Vüsalə, təlim- tərbiyə işləri üzrə direktor müavini Salmanova İradə və digər müəllimlərin birlikdə təşəbbüsləri ilə şagirdlərlə birləşərək “Bir kərə yüksələn bayraq bir daha enməz!”, “Cümhuriyyət tariximizin qızıl səhifəsidir”, “Müstəqil dövlətimiz Xalq Cümhuriyyətinin varisidir” adlı  müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, rəsimlər çəkib, videoçarxlar hazırladılar .

     Vətənpərvərlik  - ən dərin  hörmətə layiq gözəl bir keyfiyyətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi