Böyük zəfərin başlanğıcı

Aprel döyüşləri-hərbi tariximizin şanlı səhifəsi, Azərbaycan üçün böyük bir şərəfin başlanğıcıdır.
Bu əlamətdar hadisə ilə bağlı Təhsil Nazirliyi tərəfindən keçirilən silsilə tədbirlər siyahısına daxil olan rəsm müsabiqəsinə məktəbimizin şagirdləri də həvəslə qoşulublar.
Məktəbimizin rəsm müəllimi Nigar müəllim şagirdlərə “Böyük zəfərin başlanğıcı” altında vətənpərvərlik ruhunu əks etdirən, döyüşkənlik hisləri aşılayan bir sıra rəsmlər çəkdirmiş və onları videodərslər vasitəsi ilə görüntüləmişdir.