Tarixdən səsləniş

      26 fevral 2020-ci ildə 197 saylı tam orta məktəbin akt zalında Xocalı soyqırımına həsr olunmuş “Tarixdən səsləniş” adlı tədbir keçirildi.

     Tədbir iştirakçıları  26 Fevral Xocalı faciəsinin təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş  ağlasığmaz  bir cinayət olduğunu  qeyd  etmişlər.

        Tədbirdə şagirdlər tərəfindən hazırlanmış ədəbi- bədii kompozisiyalar göstərilmiş, şeirlər söylənmiş və Xocalı hadisələrini əks etdirən slaydlar nümayiş etdirilmişdir.

    Xocalı soyqırımının 28 – ci ildönümü ilə əlaqədar fevralın 26 – da minlərlə insan, onlarla bərabər Elman Heydərov adına 197 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Xətai rayonundakı “Ana harayı”abidəsini ziyarət etdi və abidənin önünə tər qərənfillər qoydular.

     Xocalı soyqırımının qurbanlarının xatirəsini yad etmək, insanlığa qarşı yönəlmiş bu vəhşi qətliamı bir daha ictimaiyyətin diqqətinə və gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan izdihamlı mərasim göstərir ki, xalqımız bu faciəni heç vaxt unutmayacaq.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi