Şəhid məzunumuz Elman Heydərov

24 fevral 2020- ci ildə məktəbimizin adını daşıyan və bu məktəbin məzunu olmuş Elman Səftər oğlu Heydərovun anadan olmasının 52-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirildi.
Tədbirdə qəhrəmanımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Təşkilatçı İradə Salmanova Elman Heydərovun həyatı haqqında şagirdlərə və müəllimlərə məlumat verdi.Məktəbin şagirdləri şəhid məzunumuzun büstü qarşısına tər güllər qoydular.