Pedaqoji şuranın iclası

30 yanvar 2020-ci ildə Qaradağ rayonu Elman Heydərov adına tam orta məktəbdə Pedaqoji şuranın növbəti iclası keçirildi. Məktəbin direktoru Elmira Namazova iclası açaraq, gündəlikdə duran məsələləri və reqlamenti elan etdi. Sinif rəhbərlərinin I yarımilin yekunlarına dair hesabatları dinlənildi və müzakirələr aparıldı.