Azərbaycan Respublikasının Dövlət Bayrağı

Azərbaycan Respublikası Dövlət Bayrağının sərgilənməsi və yerləşdirilməsi ilə bağlı Bakı şəhəri Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev tərəfindən imzalanmış 30.12.2019-cu il tarixli məktub və həmin məktuba əlavə edilmiş təlimat məktəbimizin bütün şagirdlərinə çatdırıldı.
Azərbaycan Respublikası Dövlət Bayrağı ilə bağlı “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu,”Azərbaycan Respublikası Dövlət Bayrağının qaldırılması(asılması), endirilməsi,saxlanılması və istehsalı qaydaları”nın təsdiq edilməsi barədə təlim- tərbiyə işləri üzrə direktor müavini İradə Salmanova və məktəbin uşaq birliyi rəhbəri Vüsalə Heydərova şagirdlərlə söhbət aparmışdır. Onlar Dövlət rəmzlərimizə sevgi və hörmətin aşılanması,dövlətçiliyimizə sədaqət tədbirlər planımızda əksini tapdığindan,dərs ili boyu bu işi mütəmadi apardıqlarını,məktubda ifadə olunan tövsiyyələri nəzərə alaraq bu istiqamətdə işlərini daha səmərəli quracaqlarını qeyd etdilər.