“Azərbaycan-ana yurdum”mövzusunda məktəb tədbiri keçirildi

Vətən və yurd anlayışlarına, şagirdlərdə rəğbətin daha da gücləndirilməsi məqsədi ilə 27 aprel 2016-ci il tarixində “Azərbaycan-ana yurdum” mövzusunda məktəb tədbiri keçirildi.Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.Şəhid olan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Daha sonra T.T.İ-üzrə direktor müavini Salmanova İradə tədbiri açıq elan etdi.Tədbirdə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş salyd və videoçarxlar da nümayiş etdirildi.