Qanlı Yanvar

    17 yanvar 2020 – ci ildə 197 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 30 – cu  ildönümünə həsr edilmiş tədbir keçdirildi

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

  Tədbirdə məktəbin direktoru Elmira Namazova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının xalqımıza elan olunmamış təcavüzündən, hərbi birləşmələrin törətdikləri vəhşilikdən geniş söhbət açdı.

   Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm mərhələ olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsi hər il yad olunur, Şəhidlər xiyabanı ziyarət edilir.

   Təlim tərbiyə işləri üzrə direktor müavini İradə Salmanova öz çıxışında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 Yanvar faciəsində şəhid olan soydaşlarımızın xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini bildirdi..

    Tədbir orta məktəbin şagirdlərinin  hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

Sonra məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olundu.

    Sonda 20 Yanvar gecəsi Bakıda baş verən hadisələri əks etdirən sənədli film nümayiş edildi

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi