“Kiçik Akademiya”nın açılışı

 

     25 dekabr 2019-cu ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 197 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya”nın açılışı oldu.

    Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.

 

     Tədbirdə “Kiçik Akademiya”nın  prezidenti Sevinc Bağırova, müəllimlər və şagirdlər iştirak etdilər.

     Tədbiri giriş sözü ilə açan   məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Bağırova qonaqları salamladı. Sonra o,“Kiçik Akademiya”nın fəaliyyətindən bəhs edib, əldə olunan uğurların qazanılmasında müəllim və şagirdlərin birgə səylərinin mühüm rol oynadığını qeyd etdi.

    Tədbirdə şagirdlərin ifasında “Kiçik Akademiya”nın himni səsləndirildi.

    “Kiçik Akademiya”nın prezidenti yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsində “Kiçik Akademiya”nın böyük rolunu vurğuladı və  əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə tədqiqat işinə marağın artırılmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirdi.

   Tədbirdə vətənpərvərlik ruhunda mahnı və şeirlər ifa olundu. Sonda şagirdlər özlərinin  hazırladıqları “Fənnlərin mübahisəsi” səhnəciyini  nümayiş etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi