Valideynin məktəbdə bir günü

13 dekabr 2019 –cu ildə məktəbimizdə “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüş keçirildi. Görüşdə məktəbin direktoru, təlim tərbiyə işləri üzrə direktor müavini, uşaq birliyi rəhbəri, müəllimlər və valideynlər iştirak etdilər. Məktəbin direktoru çıxış edərək bildirdi ki, layihə valideynlərin məktəb mühiti ilə yaxından tanış olmasını təmin edir.
Valideynlər məktəb mühiti ilə daha yaxından tanış oldular. Görüşdə valideynlərə məktəbdə keçirilən tədbirlər mövzusunda videoçarxlar nümayiş etdirildi.
Sonda valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənildi və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.