Respublika Fənn Olimpiadasının məktəb turu keçirildi

18 noyabr 2019-ci il tarixdə məktəbdə Respublika Fənn Olimpiadalarına şagirdlərin məktəb üzrə seçim turu keçirildi. Keçirilən bilik yarışında V-XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, ingilis dili, tarix, kimya, fizika, biologiya fənlərindən seçdikləri fənn üzrə biliklərini nümayiş etdirdilər. Bilik yarışından sonra məktəbdə təşkil olunmuş komissiya tərəfindən cavablar yoxlanılaraq metodbirləşmə iclaslarında müzakirə edildi. Yüksək nəticə qazanmış şagirdlər Fənn Olimpiadalarının rayon turunda iştirak edəcəklər.